Deputat:"Kasıb inəyini, qoyununu satacaq..."

Deputat ödəniş əsasında hərbi xidmətdən azad edilmə təklifinə qarşı çıxdı...

Milli Məclisin deputatı Elnur Allahverdiyevin daha az müddətdə hərbi xidmət keçirilməsi üçün ödənişli hərbi xidmət modelinin yaradılması təklifi geniş müzakirəyə səbəb olub. Bu modelin dövlət büdcəsinə böyük gəlirlər gətirəcəyini düşünən deputata qarşı ciddi etirazlar səsləndirilib. Bildirilib ki, deputat bu təklifi yalnız imkanlı təbəqəni nəzərə alaraq düşünüb, kasıb təbəqə üçün sərfəli deyil...

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas da Pravda.az-a açıqlamasında həmkarının təklifinə kəskin etiraz edib:

“Mən bu təklifin qəti əleyhinəyəm. Bu qədər! Daha müzakirə etmək istəmirəm ki, kasıb inəyini, qoyununu gedib satacaq... Düzgün məsələ deyil, vəssalam. Türkiyədə də belə bir model var. Orada da olması düzgün deyil!”

Poliqon.info