Qırğızıstan və Tacikistan ümumi sərhədin daha bir hissəsi ilə bağlı razılığa gəliblər

Qırğızıstan və Tacikistanın nümayəndələri dövlət sərhədinin daha 3,7 km-lik ümumi sahəsi üzrə razılığa gəliblər...

Poliqon xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Əldə olunan razılaşmaya uyğun olaraq, 2024-cü il yanvarın 30-dan fevralın 5-dək Qırğızıstan Respublikasının Batken vilayətinin Batken şəhərində Qırğızıstan hökumətinin nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik işçi qrupları və işçi qruplarının növbəti iclası keçirilib. Qırğızıstan-Tacikistan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan Respublikası və Tacikistan Respublikası arasında bu görüşdə topoqrafik işçi qruplar Qırğızıstan-Tacikistan dövlət sərhədinin 3,71 km-lik hissəsi üzrə razılığa gəliblər”, deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin əmin olduğuni qeyd edib ki, tərəflər Tacikistan ərazisində baş tutacaq növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu 970 km-dən bir qədər çoxdur. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin təxminən 90%-i dövlətlər tərəfindən müəyyən edilib, qalan hissələr mübahisəli hesab olunur. Bu məsələnin həll olunmaması dəfələrlə iki respublikanın yerli sakinləri və hərbçilərinin iştirakı ilə münaqişələrə səbəb olub.

Poliqon.info