İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq

İsrail səfiri qəbuledilməz bəyanatlara görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq...

İsrailin Moskvadakı yeni səfiri Simone Halperin qəbuledilməz bəyanatlara görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi Rusiya diplomatik departamentinə istinadən məlumat yayıb.

“İsrail səfirinin Rusiyanın xarici siyasət yanaşmalarını və tarixi reallıqları təhrif edən açıq bəyanatları ilə əlaqədar olaraq Halperin Xarici İşlər Nazirliyinə çağırılacaq”, - nazirlik rəsmisi Agentliyə bildirib.

Mənbə vurğulayıb ki, Halperinin son bəyanatları “iki dövlətin maraqları naminə ikitərəfli münasibətləri inkişaf etdirməyə yönəlməli olan diplomatik missiya üçün son dərəcə uğursuz başlanğıcdır”.

Qeyd edək ki, bir gün əvvəl “Kommersant” qəzetinə müsahibə verən Simona Halperin Rusiyanın Yaxın Şərq siyasətindən narazılığını bildirib. Diplomat qeyd edib ki, Rusiya rəhbərliyi, o cümlədən prezident səviyyəsində dəfələrlə İsrailin təhlükəsizliyinin Rusiyanın strateji maraqlarının bir hissəsi olduğunu dəfələrlə bəyan edib. Lakin 7 oktyabrdan sonra İsrail bu prinsipin Moskva üçün artıq aktual olmadığını görüb.

Poliqon.info