Avropada rus diplomatlarının hərəkətini məhdudlaşdırması təklif edilib

Avropa İttifaqı 13-cü anti-Rusiya sanksiyalar paketinin bir hissəsi olaraq rus diplomatlarının hərəkətlərinin akkreditə olunduqları ölkəyələ məhdudlaşdırılmasını təklif edib...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, təklifin təşəbbüskarı Çexiyadır. Lakin nəqr yazır ki, bununla belə, bunu etmək olduqca çətin olacaq, çünki Şengen zonası daxilində hərəkətlər idarə olunmur.

Bundan əlavə, Politico qeyd edir ki, Avropa İttifaqının Rusiyaya qarşı 13-cü sanksiyalar paketi əsasən simvolik xarakter daşıyacaq.

“Sanksiyalar paketinə əsasən yeni siyahılar və ikili təyinatlı mallar ixrac edən daha çox şirkətə qadağa daxildir”, deyə iki diplomat qəzetə bildirib.

Poliqon.info