Aİ fevralın 24-dək 200 şəxs və şirkətə qarşı sanksiya tətbiq edəcək...

Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların başlamasının ikinci ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır...

Poliqon Almaniyanın DPA agentliyinə istinadən xəbər verir ki, 200-dən çox insan və şirkət məhdudiyyətlərə məruz qalacaq.

DPA-nın məlumatına görə, sanksiyalar siyahısına Avropa İttifaqında aktivləri dondurulmalı olan şəxslər və qurumlar daxil olacaq. Bundan əlavə, Rusiyanın hərbi və texnoloji cəhətdən güclənməsinə və ya ölkənin müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verən şirkətlər də məhdudiyyətlərə məruz qalacaq.

Nəşq qeyd edir ki, fevralın 24-dək Avropa İttifaqı Rusiya Bankının dondurulmuş aktivlərinin geri çəkilməsi məsələsini də həll etmək niyyətindədir, onun həcmi təxminən 300 milyard dollardır. Gələcəkdə onları Ukraynaya köçürməyi planlaşdırır.

"Bloomberg" yanvarın 19-da Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin hazırlanması barədə yazıb. Mənbələrin məlumatına görə, Rusiyaya qarşı yeni sanksiyalar ticarət məhdudiyyətlərinin gücləndirilməsi, qara siyahıların genişləndirilməsi və Rusiyanın Aİ daxilində üçüncü ölkələr və şirkətlər vasitəsilə sanksiyalardan yayınmasına nəzarətin gücləndirilməsindən ibarət olacaq. "Reuters"in məlumatına görə, AK mübahisəli sanksiyaları fevralın 24-dək qəbul etmək üçün 13-cü paketə daxil etməyəcək.​Poliqon.info