Polşa hakimiyyəti Tixanovskayanın telefonunu dinləyib

Polşa xüsusi xidmət orqanları Belarus prezidenti vəzifəsinə keçmiş namizəd Svetlana Tixanovskayanın ölkəyə gəldiyi zaman telefon danışıqlarını dinləyiblər...

Poliqon xəbər verir ki, bu barədə Polşanın "Gazeta Wyborcza" nəşri məlumat yayıb.

Güman edilir ki, Tixanovskayanın telefonlarının dinlənilməsi işində deputat Yoahim Brudzinskinin əli ola bilər.

"May ayında Yoahim Brudzinski dedi ki, Tixanovskayanın iştirak etdiyi iclasda "sanitariya həkim" olacaq. Bu o deməkdir ki, zalda telefonlar dinlənilib", deyə nəşrin mənbəsi qeyd edib.

Qəzet yazır ki, Polşa kəşfiyyat xidmətləri ilk növbədə Tixanovskayanın 2023-cü ildə müxalifətlə görüşlərində maraqlı olub. Qanun və Ədalət Partiyasının Seymdə çoxluq təşkil etdiyi dövrdə Polşa paytaxtındakı otellərdən birində dinləmə qurğularının quraşdırıldığı vurğulanır.

Qeyd edək ki, Svetlana Tixanovskaya Belarusdakı son prezident seçkilərindən sonra ölkəni tərk edib və Polşaya sığınıb.

Poliqon.info