Qubada ağır qəza: Ölən şəxsin kimliyi məlum oldu - Yenilənib, Video

Quba rayonunun Xucbala kəndi ərazisində VAZ-2109 və “Opel” markalı minik avtomobilləri toqquşublar...

Hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan biri vəfat edib.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, vəziyyəti ağır olan 1954-cü il təvəllüdlü Nazif Nəriman oğlu Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qardaşının sözlərinə görə, mərhum evli olub və iki uşağı var:

“Mənə zəng edib dedilər ki, Şahdağ yolunda qardaşın qəza keçirib, sürücü ilə birlikdə beş nəfər olublar. Gəldim qardaşımın yanına, vəziyyəti yaxşı idi. Sonra qan verməyə getdi, dedilər ki, qardaşın vəfat edib”.

Ətraflı Baku TV-nin süjetində:

***

Quba rayonunun Xucbala kəndi ərazisində "VAZ-2109" və “Opel” markalı minik avtomobilləri toqquşub.

“Report”un Şimal bürosunun məlumatına görə, nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bunlar 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğludur.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info