Tramp: Netanyahu Qasım Süleymanni öldürməkdən imtina etdi...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürüldüyü əməliyyat planının bir hissəsi olduğunu, lakin Benyamin Netanyahunun əməliyyatdan 2 gün əvvəl bundan imtina etdiyini bildirib...

Poliqon xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına danışıb.

Tramp bildirib ki, İsraillə prosesdə bir çox mövzuda birgə çalışdıqlarını bildirib.

"Biz Süleymanini vuranda İsrail bizimlə bunu etməli idi. Hücumdan iki gün əvvəl "Biz bunu edə bilmərik" dedilər. Sonra öz generalımıza üz dönüb "Bunu edə bilərikmi?" dedim. "Bəli, biz bacararıq, qərar sizindir" dedi. "O zaman edək" dedim", deyə Tramp qeyd edib.

Süleymani 3 yanvar 2020-ci ildə İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-ın pilotsuz uçan aparatının hücumu nəticəsində həlak olub və bu hücumdan sonra ABŞ və İran arasında gərginlik artıb.

Poliqon.info