Zelenski Zalujnı əvəz etmək barədə düşündüyünü təsdiqləyib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş komandanının dəyişdirilməsi barədə “düşündüyünü” təsdiqləyib...

Poliqon xəbər verir ki, Ukrayna orezidenti bu barədə İtaliyanın “Rai1” televiziya şirkətinə müsahibəsində bildirib. Zelenski Valeri Zalujnı ilə fikir ayrılıqları barədə sualı cavablandırıb və bildirib ki, Ukraynanın güc strukturlarında daha geniş dəyişikliklər kontekstində Zalujnı dəyişdirməyi düşünür.

“Mən təkcə hərbi sahədə deyil, dövlətin bir sıra rəhbər şəxslərinin dəyişdirilməsini nəzərdə tuturam”, deyə Ukrayna prezidenti bildirib. Ancaq o, artıq konkret qərarların qəbul edilib-edilmədiyini açıqlamayıb.

Zelenski ilə Zalujnı arasında müharibə strategiyasından tutmuş səfərbərliyə qədər bir sıra məsələlərdə mümkün fikir ayrılıqları ötən ilin sonundan bəri bildirilir, lakin bu iki şəxs bir-birini açıq şəkildə tənqid etməyib.

Zalujnı Ali Baş Komandan kimi Zelenskinin tabeliyindədir. Çoxsaylı sosioloji araşdırmaların nəticələrinə görə general Ukrayna cəmiyyətində Zelenskidən daha populyardır.

Poliqon.info