Azərbaycan Premyer Liqasında XXI tur Qəbələdə başa çatacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq...

"Report"un məlumatına görə, sonuncu oyunda "Kəpəz" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.

Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır.

Azərbaycan Premyer Liqası

XXI tur

5 fevral

15:00. “Kəpəz”– “Araz-Naxçıvan”Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.Hakim-inspektor: Feyzulla Feyzullayev.AFFA nümayəndəsi: Asif Əliyev.Qəbələ şəhər stadionu

Qeyd edək ki, XXI turda "Qarabağ" "Səbail"i, "Sumqayıt" isə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib. "Sabah" - "Turan Tovuz" və "Qəbələ" - "Zirə" matçları 1:1 hesabı ilə yekunlaşıb.

Poliqon.info