Hindistan orbitə ekipajı olan kosmik gəmi göndərəcək

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ölkənin ilk ekipajlı kosmik gəmisini 2025-ci ilin sonuna kimi orbitə çıxarmağı planlaşdırır...

Bu barədə ISRO-nun sədri Şridhara Paniker Somnath bildirib. 

Onun sözlərinə görə, ölkənin 2035-ci ilə qədər öz orbital stansiyası olacaq.  

Qeyd edək ki, 2018-ci ilin avqustunda Hindistanın baş naziri Narendra Modi rəsmi olaraq ölkəsinin ilk ekipajlı milli kosmik gəmisinin 2022-ci ilin avqustuna kimi orbitə göndəriləcəyini açıqlayıb. Layihənin adı “Qaqanyan” (sanskritcə “səmavi gəmi” deməkdir - red.) olaraq müəyyən edilib.  

Lakin 2020-ci ilin martında layihə üzərində işlərin çoxu dayandırılıb. Buna səbəb koronavirus pandemiyası olub. (oxu.az)

Poliqon.info