“Real Madrid” ukraynalı qapıçı ilə müqavilə imzaladı - Foto

İspaniyanın “Real Madrid” klubu heyətinə yeni futbolçu əlavə edib...

Bu barədə insayder Fabritsio Romano özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, “Real Madrid” 17 yaşlı ukraynalı qapıçı İlya Voloşinlə müqavilə imzalayıb.

Bildirilib ki, müqavilə 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.

Poliqon.info