Bakıda ağır qəza: Minik avtomobili beton dayağa çırpıldı - Video

Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolda avtomobil qəzası baş verib...

Oxu.Az xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, qəza zamanı “Volkswagen” markalı 99-NC-218 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yerüstü keçidin beton dayağına çırpılıb və yararsız hala düşüb.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi məlum deyil. Həmin görüntüləri təqdim edirik:

Poliqon.info