İsrail Dəməşqə zərbələr endirib

Fevralın 2-də səhər saatlarında İsrail Dəməşqin cənubuna bir neçə zərbə endirib...

Poliqon xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariya” telekanalı Suriya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Qeyd edilir ki, hücum Suriya hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib, heç kim xəsarət almayıb.

“Bu gün saat 04:20 radələrində İsrail düşməni Suriyanın işğal olunmuş Qolan bölgəsindən hava hücumuna keçərək Dəməşqin cənubunda bir sıra məntəqələrə zərbələr endirib. Bizim hava hücumundan müdafiə sistemlərimiz təcavüzə raketlərlə cavab verib və onlardan bir neçəsini vurub, itkilər maddi ziyanla məhdudlaşıb”, deyə mənbə telekanala bildirib.

Poliqon.info