Hansı aviaşirkətlər İsrailə qayıdır?..

İsrailə uçuşunu bərpa edən şirkətlər sırasında AZAL da var...

Aylardır dünyanın təyinat xəritəsindən kənarda qalmasına baxmayaraq, İsrailə qayıtma tendensiyası davam edir. Dünən daha dörd aviaşirkət İsrailə qayıdıb və ölkənin hava limanına eniş edib.

Poliqon xəbər verir ki, bu barədə The Yersalem Post qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bu münasibətlə “Ben Gurion” Hava Limanında bayramdır: Aylardır dünyanın təyinat xəritəsindən kənarda qalmasına baxmayaraq, İsrailə qayıtma tendensiyası davam edir. Cümə axşamı daha dörd aviaşirkət qayıdıb və ölkəyə enib və bu ay ərzində ümumilikdə səkkiz aviaşirkət İsrailə qayıdacaq.

Dünən İsrailə uçuşları bərpa edən aviaşirkətlər arasında “Transavia” (Paris), “Smart Wings” (Praqa), “BlueBird” (Afina) və “Ryanair” (Vyana) aviaşirkətləri var.

Qeyd edilir ki, bu ayın sonunda daha çox aviaşirkət İsraildən fəaliyyətini bərpa edəcək. O cümlədən “Air Seychelles” (Mahe), “Air Europa” (Madrid), Azərbaycan Hava Yolları (Bakı) və “Georgian Airways” (Tbilisi) İsrailə uçuşlara başlayacaq.

Poliqon.info