Britaniya Fələstin dövlətinin tanınması üçün şərtlərini açıqlayıb

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron Qəzzada atəşkəsin əldə olunmasından və HƏMAS-ın bölgədəki mövcudluğunun sona çatmasından sonra krallığın iki dövlətli həllin yekunlaşmasını gözləyərək, Fələstin dövlətini tanıya biləcəyini bildirib...

Poliqon xəbər verir ki, Devid Kameron bu barədə Livana səfəri zamanı Associated Press Agentliyinə danışıb.

Britaniyanın Fələstin dövlətini tanıması üçün iki dövlətli həllin nəticəsini gözləməyə ehtiyac olmaya biləcəyini ifadə edən Kameron "Proses həllə doğru irəlilədikcə və sağlamlaşdıqca, biz Fələstini tanımaq haqqında düşünə bilərik", deyib.

XİN başçısı vurğulayıb ki, Fələstinin daimi özünüidarəsi regionda uzunmüddətli sülh və sabitlik üçün vacibdir. Bu baxımdan, onun fikrincə, fasilənin son nəticədə daimi və davamlı atəşkəsə çevriləcəyini bildirib.

Kameron HƏMAS-ın Qəzzanı tərk etməsinin Britaniyanın Fələstin dövlətini tanıması üçün əvvəlcədən ön şərt olduğunu vurğulayıb: "7 oktyabrın səbəbkarları hələ də Qəzzaya nəzarəti davam etdirərkən iki dövlətli həllə nail olmaq mümkün deyil".

Poliqon.info