Şimali Koreya bu il dördüncü qanadlı raketi sınaqdan keçirib

Şimali Koreya qərb sahillərinə bir neçə qanadlı raket atıb. Bu, Şimali Koreyanın 2024-cü ildə dördüncü raket sınağıdır...

Poliqon xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə (JCS) istinadən yazıb.

Agentliyin məlumatına görə, Cənubi Koreya hərbçiləri yerli vaxtla təxminən saat 11:00-da (Bakı vaxtı ilə 6:00) buraxılışı qeydə alıblar. Atılan raketlərin sayı məlum deyil.

Yanvarın 29-da Şimali Koreya ilk dəfə olaraq dəqiqləşdirilməmiş sayda "Pulhvasal-3-31" qanadlı raketlərini sınaqdan keçirdiyini bildirib. Cənubi Koreya ordusu bir gün əvvəl, yanvarın 28-də Şimali Koreyanın şərq sahilindən qanadlı raketlər buraxdığını bildirib.

Cənubi Koreya ordusu yanvarın 30-u və 31-də Şimali Koreyanın qanadlı raketlərinin ikinci və üçüncü buraxılışı barədə məlumat verib.​Poliqon.info