HƏMAS İsraillə yeni girov müqaviləsinin bağlanmasını inkar edib

Fələstinin HƏMAS hərəkatı girovların azad edilməsi ilə bağlı İsraillə yeni razılaşmanın şərtlərini hələlik təsdiqləmədiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

"Hələ ki, heç bir razılıq yoxdur, biz hələ müzakirənin ilkin mərhələsindəyik və hələ ki, razılaşma haqqında danışa bilmərik", deyə HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan jurnalistlərə vəziyyəti şərh edib.

Həmdan qeyd edib ki, tərəflər artıq bir neçə dəfə atəşkəs üzərində razılığa gəlməyə cəhd ediblər, lakin İsrail hər dəfə danışıqları pozub.

Qeyd edək ki, yayılan məlumatlara görə HƏMAS-ın İsraillə razılaşması bir neçə mərhələdə baş verə bilər. Birinci mərhələdə 35 israilli qadın 35 gün müddətinə hərbi əməliyyatların dayandırılması müqabilində azad edilə bilər. İkinci mərhələ üzrə danışıqların aparılması üçün müqavilənin daha bir həftə uzada biləcəyi vurğulanır. Daha sonra mülki müdafiə üzvləri, İsrail Müdafiə Qüvvələrinin əsgərlərinin azad ediləcəyi gözlənilir.

Poliqon.info