Moldova Rusiyanı Dnestryanı bölgədə seçki məntəqələri açmamağa çağırıb

Moldova parlamentinin spikeri və hakim “Fəaliyyət və Həmrəylik” partiyasının lideri İqor Qrosu Rusiyanı keçiriləcək prezident seçkiləri üçün Dnestryanıda seçki məntəqələrinin açılmasından imtina etməyə çağırıb...

Poliqon “RİA.Novosti” Agentliyinə istinadən xəbər verir ki, Rusiyanın bu addımı qanunsuzdur.

Qrosu bildirib ki, Moldova hakimiyyəti əcnəbilərin öz ölkələrinin səfirliklərinin ərazisində səs verməsini qadağan edə bilməz. O, etiraf edib ki, Rusiya əvvəllər Dnestryanıda seçki məntəqələri açıb, lakin “bu, qeyri-qanunidir və Moldova dövlətinə qarşı sui-qəsddir”. Spiker tanınmamış respublikada seçki məntəqələrinin yenidən açılacağı təqdirdə tədbir görəcəklərini də bildirib.

“Dnestr çayının sol sahilində və ya digər əhalinin məskunlaşdığı ərazilərdə, xüsusilə nəzarətsiz, separatçı ərazilərdə seçki məntəqələrinin açılması yanlış və qanunsuzdur. Əgər Rusiyada prezident seçkiləri üçün seçki məntəqələri açılsa, biz nəsə edə bilərik”, deyə İqor Qrosu vurğulayıb

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək. Rusiya Moldovadan öz ərazisində səsvermə üçün məntəqələr açmağı xahiş edib. Yanvarın 29-da Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Mixay Popsoi bildirib ki, bu məsələ hələ də müzakirə olunur.

Poliqon.info