Etirazçı fermerlərin traktorlar karvanı Aİ sammiti günü Brüsselə daxil oldu - Video
Onlar Ukraynaya növbəti dörd il ərzində 50 milyard avro yardım ayrılması ilə bağlı sammitin keçiriləcəyi Avropa Məhəlləsinə doğru yola düşüblər.
Bildirilir ki, traktorlar nizam-intizamla hərəkət edirlər, nəqliyyat vasitələri arasında bərabər intervallar saxlayırlar. Polis onların hərəkətinə mane olmur, əksinə, karvanı müşayiət edir.
Paralel olaraq, təxminən 25-30 maşından ibarət başqa bir karvan d'Alsenberq şosesi ilə Brüsselə daxil olub və mərkəzə doğru hərəkət edir.
Brüsselin “Mobilite” yol hərəkətinə nəzarət xidmətinin məlumatına görə, daha bir qrup - paytaxtın dairəvi yolu ilə hərəkət edərək şəhərə şimaldan daxil olur.Xatırladaq ki, Brüsseldə Avropa Parlamentinin qarşısındakı meydanda bir neçə gün öncədən tikanlı məftilli “kirpilər” quraşdırılıb.
Poliqon.info