Qabil Hüseynli: Ermənistan yenə aranı qarışdırmaq istəyir...

Ermənistan parlamentinin spikeri bildirib ki, təkcə Ermənistanın deyil, Azərbaycanın da Konstitusiyasını dəyişmək lazımdır...

Politoloq: “Ermənistanın Azərbaycandan konstitutsiya dəyişikliyi etmək istəməsi anormal bir yanaşmadır”.

“Ermənistan konkret olaraq desin görək, bizim konstitutsiyasında onlara qarşı yönəlik nə var? Mən bizim konstitutsiyamızda Ermənistana yönəlik heç nə görmürəm”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistan parlamentinin spikerinin Azərbaycana konstitutsiyasına dəyişikliyi etmək təklifini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Çexiya parlamentinin sədri ilə birlikdə mətbuat konfransı keçirən Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, təkcə Ermənistanın deyil, Azərbaycanın da Konstitusiyasını dəyişmək lazımdır. Simonyan qeyd edib ki, Azərbaycan Konstitusiyasında sülhə mane olan müddəlar var və gələcək davamlı sülh naminə Azərbaycanda öz ana yasasında dəyişiklik etməlidir.

Simonyanın belə bir tələblə çıxış etməsini necə dəyərləndirmək olar və bu kimi absurd tələblər səsləndirən İrəvanın əslində məqsəi nədir?

Ermənistanın sülhdən qaçma bəhanələrini Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Azərbaycan konstitutsiyasında Ermənistana yönəlik hər hansı bir iddia, təhdid yoxdur”.

Ermənilərin sülhyaratma prosesini pozmaq istədiklərini nəzərə çatdıran politoloq bildirib ki, buna görə də, onların dediklərini qəbul etmək mümkün deyil:

“Ermənistanın Azərbaycandan konstitutsiya dəyişikliyi etmək istəməsi anormal bir yanaşmadır. Çünki Azərbaycan konstitutsiyasında Ermənistana yönəlik hər hansı bir iddia, təhdid yoxdur. Azərbaycan Konstitusiyası o qədər də uzaq bir vaxtda qəbul edilməyib.

Bildiyimiz kimi, Ermənistanın konstitutsiyasında həm Türkiyəyə, həm də Azərbaycana qarşı torpaq iddiaları var. Eyni zamanda erməni konstitutsiyasında başqa dövlətlərə də ərazi iddiası var.

Ermənistan konkret olaraq desin görək, bizim konstitutsiyasında onlara qarşı yönəlik nə var? Mən bizim konstitutsiyamızda Ermənistana yönəlik heç nə görmürəm. Azərbaycanın konstitutsiyası Sovet dövründə qəbul edilib və bu konstitutsiyasında bizim ərazi bütövlüyümüz və sair məsələlər öz əksini tapıb.

Ermənistan yenə aranı qarışdırmaq istəyir. Beləliklə də, onlar sülhyaratma prosesini pozmaq istəyirlər. Buna görə də, onların dediklərini qəbul etmək mümkün deyil”.

Nərminə UMUDLU Poliqon.info