Tramp və Bayden tərəfdarları arasında gender fərqi böyüyür

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və keçmiş ABŞ lideri Co Bayden tərəfdarları arasında gender fərqi qadınların demokrat namizədə səs vermək istəyinin artması səbəbindən genişlənir...

Poliqon xəbər verir ki, bu barədə “Quinnipiac” Universitetinin keçirdiyi sorğuya istinadən Politico məlumat yayıb.

“Gender demoqrafiyası izləməyə dəyər bir hekayə danışır. Son bir neçə həftə ərzində qadın seçicilərin dəstəyi sayəsində Trampla baş-başa qalmaq Bayden üçün cüzi üstünlüyə çevrilir”, deyə nəşr “Quinnipiac” Universitetinin analitiki Tim Malloydan sitat gətirir.

Konkret olaraq, sorğuda iştirak edən qadınların yalnız 36 faizi Trampı dəstəklədiyini, 58 faizi isə Baydenə səs vermək istədiyini bildirib. Öz növbəsində kişilərin təxminən 53 faizi Trampı dəstəkləyir, yalnız 42 faizi Baydenə səs vermək niyyətindədir.

Ekspertlər qeyd edirlər ki, respublikaçı namizədin qadın elektorat arasında rekord dərəcədə populyar olmaması onun rəqibi üçün qələbə şansı ola bilər.

Poliqon.info