ABŞ-ın Yunanıstana bağışladığı hərbi texnikanın bərpası üçün yüz milyonlarla avro lazımdır

Pentaqonun ehtiyatlarından Yunanıstana təmənnasız ötürməyi planlaşdırdığı Amerika hərbi texnikası metal qırıntılarıdır və onun bərpası üçün yüz milyonlarla avro lazımdır...

Poliqon xəbər verir ki, bu barədə Yunanıstanın "Demokratiya" qəzeti ölkənin hərbi dairələrindəki mənbələrə istinadən yazıb.

Nəşr Vaşinqtonun təhvil verdiyi silah və texnikanı "amerikalıların çürük hədiyyələri" adlandırıb.

Xüsusilə ABŞ dövlət katibi Entoni Blinkenin Yunanıstanın baş naziri Kiriakos Mitsotakisə yazdığı məktubda qeyd etdiyi iki C-130H hərbi-nəqliyyat təyyarəsi Nevada ştatında qəzalı vəziyyətdədir. Onların işlək vəziyyətə gətirilməsi üçün 110 milyon avrodan çox vəsait tələb olunacaq.

Bənzər bir vəziyyət dörd Amerika LCS freqatında da diqqəti çəkir. Bu gəmilər ABŞ-da uğursuz hesab edilib və ölkənin dəniz qüvvələrinin tərkibindən çıxarılıb. Onların hər birinin təmiri Afinaya 70 milyon avroya başa gələcək.

Yunanıstanın 40 F-35 qırıcısı almasına gəlincə, ölkənin büdcəsində cəmi 12 belə təyyarənin alınması üçün vəsait var.

Poliqon.info