Kadırovun qızı Çeçenistan rəhbərinin administrasiyası rəhbərinin müavini təyin edilib

Poliqon xəbər verir ki, bu barədə Çeçenistan başçısı Ramzan Kadırov özünün Telegram kanalında yazıb.

Kadırovun yaydığı məlumatda bildirilıir ki, Çeçenistan başçısının və hökumətinin administrasiyasının rəhbəri Qalas Taimaxanov bu vəzifəyə Kadırovun qızının təyin edilməsini təklif edib. Kadırovun sözlərinə görə, o, Xədicatın Qroznı meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiri kimi nailiyyətlərini qeyd edib.

“Xadizət Kadırova böyük ümumrusiya forum və sammitlərində fəal iştirak edir və daxili siyasi vəziyyətə yaxşı bələddir. Administrasiya rəhbəri yeni vəzifəsində sosial sahənin inkişafında böyük nailiyyətlər əldə edəcəyinə əminliyini ifadə edib. Məndə bu təklifi təsdiqlədim”, deyə Kadırov yazıb.

Poliqon.info