"Kətaib Hizbullah" hər an ABŞ qüvvələrini vurmağa hazırdır

İraqdakı radikal qruplaşmalardan biri olan "Kətaib Hizbullah" Amerikanın Yaxın Şərqdəki bazalarına qarşı cavab tədbirləri görməyə hazır olduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Qrupun sözçüsü təsdiqləyib ki, onlar istənilən vaxt və hər yerdə, bəzi uzaqmənzilli silahlara çıxış imkanına malik olmaqla cavab verməyə hazırdırlar.

Əvvəllər "Kətaib Hizbullah"ın tərəfdarları İordaniya və Suriya sərhədindəki əl-Tanf bölgəsində Amerika qüvvələrinə hücumda ittiham olunurdu. Hücum nəticəsində 40-dan çox amerikalı hərbçi yaralanıb.

ABŞ buna görə İranı günahlandırır. ABŞ prezidenti Co Bayden İordaniya-Suriya sərhədində baş verən hücuma necə reaksiya verəcəyi ilə bağlı artıq qərar verib.

Qəzza zolağında münaqişənin şiddətlənməsi ilə əlaqədar olaraq Suriya və İraqdakı ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar tez-tez baş verib.

Şiə hərbçiləri ABŞ-ın İsrail ordusuna hərbi yardımını davam etdirdiyi üçün Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq ediblər.

Poliqon.info