Miley və Putin görüşə bilərlər...

Argentinanın xarici işlər naziri Mondino Miley və Putin arasında danışıqların mümkünlüyünü istisna etməyib...

Argentinanın xarici işlər naziri Diana Mondino bildirib ki, prezident Xavyer Miley rusiyalı həmkarı Vladimir Putin arasında görüş mümkündür.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinin məlumatında bildirilir.

Argentina diplomatiyasının rəhbəri vurğulayıb ki, əsas məsələ liderlərin bu görüşdə nəyi razılaşdıracaqlarıdır. Eyni zamanda, Mondino Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistovla Rio-de-Janeyroda keçiriləcək G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünü müzakirə etdiyini bildirib.

Ötən ilin dekabrında Argentinanın prezidenti olan Xavyer Miley daha əvvəl bəyan etmişdi ki, o, bu dövlətlərin siyasətləri ilə razılaşmadığı üçün Braziliya, Çin və Rusiya ilə dövlətlərarası münasibətləri inkişaf etdirmək niyyətində deyil. Eyni zamanda, Miley bu ölkələrlə biznes aparan şəxsi biznesə mane olmayacağını vurğulayıb. Miley Argentinanın prioritet müttəfiqlərini İsrail və ABŞ adlandırıb.

Poliqon.info