Tramp rəqiblərindən geri qalır - Dördüncü rübdə cəmi 19 milyon dollar toplayıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası 2023-cü ilin oktyabr-dekabr aylarında 19 milyon dollar toplayıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Federal Seçki Komissiyasının məlumatlarına istinadən yazıb. Agentlik qeyd edir ki, son məlumatlara görə, hazırkı prezident Co Baydenin kampaniyası, təxminən 97 milyon dollar toplayıb.

Donald Trampın Respublikaçılar Partiyasından yeganə rəqibi Nikki Heyli daha əvvəl 24 milyon dollar qazandığını bildirmişdi.

2023-cü ilin oktyabrında Bloomberg yazıb ki, 2023-cü ilin üçüncü rübündə Donald Tramp ona qarşı irəli sürülən ittihamların ictimailəşməsi sayəsində 45,5 milyon dollardan çox pul toplayıb. Agentlik qeyd edir ki, ikinci rübdə cənab Tramp 10,5 milyon dollar az toplayıb. Bloomberg-in məlumatına görə, hər ianənin 10%-i daha sonra Amerikanı xilas etmək komitəsinə daxil olub.

Poliqon.info