Yəmən husiləri Ədən körfəzində ABŞ-ın ticarət gəmisinə hücum edib

Yəmən husiləri Ədən körfəzində ABŞ-a məxsus ticarət gəmisinə raket hücumu həyata keçirdiklərini bildiriblər...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, söhbət İsrail limanlarından birinə gedən KOI konteyner gəmisindən gedir.

Reuters yazır ki, gəmi Liberiya bayrağı altında üzüb və Britaniyanın “Oceonix Services” şirkətinə məxsusdur. Bu şirkətin donanmasına yanvarın 27-də husilər tərəfindən zərər vuran neft tankeri “Marlin Luanda” da daxildir.

Britaniyanın dəniz təhlükəsizliyi şirkəti “Ambrey” də ticarət gəmisinə hücum barədə məlumat verib. Şirkətin məlumatına görə, Adendən 69 mil cənub-qərbdə hücumdan sonra gəmidə partlayış olub. “Ambrey”in hesabatında bunun KOI gəmisi olub-olmadığı göstərilmir.

Reuters qeyd edir ki, husilərin ticarət gəmisinə hücumla bağlı bəyanatı ABŞ-ın USS Gravely esminesinə raketlər buraxıldıqdan bir neçə saat sonra ortaya çıxıb.

Poliqon.info