Moldova yeni XİN başçısı Rusiyanın "qara siyahı"sında imiş

Yanvarın 29-da bu vəzifəyə təyin olunmuş Moldova Xarici İşlər Nazirliyinin yeni rəhbəri Mixay Popsoiyə Rusiya tərəfindən ölkəyə daxil olmaq qadağası qoyulub...

Poliqon xəbər verir ki, bu barədə "NewsMaker" portalı yazıb.

Popsoi bildirib ki, o, 2023-cü ilin yayında Hərəkət və Həmrəylik Partiyasından Moldova parlamentinin deputatı olarkən "qara siyahı"ya salınıb. XİN başçısının sözlərinə görə, Kremlin və Rusiya Xarici İşlər Nazirliyinin onun xarici siyasət idarəsinin rəhbəri təyin edilməsinə necə reaksiya verəcəyini görmək maraqlı olacaq.

"Bu, onların işidir, hansı qərarı verəcəklərini bilmirəm. Lakin beynəlxalq standartlara görə, diplomatlar ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, dialoq qurmaq üçün çalışırlar və bunu etmək imkanına və hüququna malik olmalıdırlar", deyə nazir bildirib.

Bundan əvvəl Moldova Xarici İşlər Nazirliyinin yeni rəhbəri Mixay Popsoi bildirib ki, Kişinyov Rumıniya ilə tərəfdaşlığı davam etdirəcək və Vaşinqton və Kiyevlə strateji dialoqu inkişaf etdirəcək.

O, Rusiya Federasiyası ilə münasibətlərdə Moldovanın ilk növbədə öz maraqlarına riayət edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Moldovanın suverenliyi və ərazi bütövlüyü məsələləri gələcəkdə Moldova-Rusiya münasibətlərinin əsasını təşkil edəcək.​Poliqon.info