Paşinyan mina xəritələrini Azərbaycana verir... - Bu xəritələr əvvəlkilərdən fərqlənəcək?

İrəvanın Bakıya təhvil verəcəyi mina xəritələri əvvəlki “xəritələrdən” fərqlənməsə, nələr ola bilər?..

Politoloq: “Ermənistanın Baş naziri görür ki, rəsmi Bakı onun irəli sürdüyü mənasız təklifləri qəbul etmir. Çünki bu təkliflər sülh sazişinin imzalanmasını sürətləndirmək əvəzinə sənədin imzalanmasının yubadılması mahiyyəti daşıyır”.

“Paşinyan onu da bilir ki, İrəvanın Bakıya təhvil verəcəyi mina xəritələri əvvəlki “xəritələrdən” fərqlənməsə, bunun nisbi sabitliyə heç bir faydası olmayacaq”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın Baş nazirinin mina xəritələrini Azərbaycana təhvil verməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Nikol Paşinyan mina xəritələrinin Azərbaycana verilməsinə razılıq verib. Aydın məsələdir ki, Ermənistanın Baş naziri Azərbaycana mina xəritələrini indi təhvil verməklə bölgədə nisbi sakitliyin ömrünü uzatmağa çalışır.

Ancaq İrəvanın Bakıya təhvil verəcəyi mina xəritələri əvvəlki “xəritələrdən” fərqlənməsə, bu nisbi sabitliyə nə qədər xidmət edəcək?

Paşinyanın yeni mina xəritələri “oyunu”nu Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: ”Ermənistanın Baş naziri düşünür ki, hədəfinə çatana kimi Azərbaycanı yeni həmlələrdən çəkindirmək lazımdır”.

Paşinyanın Ermənistan ordusunun intiki vəziyyətindən narahat olduğunu gizlətmədiyini xatırladan politoloq bildirib ki, Paşinyana ordunu yenidən qurmaq və silahlandırmaq üçün illər lazımdır:

“Ermənistanın Baş naziri görür ki, rəsmi Bakı onun irəli sürdüyü mənasız təklifləri qəbul etmir. Çünki bu təkliflər sülh sazişinin imzalanmasını sürətləndirmək əvəzinə sənədin imzalanmasının yubadılması mahiyyəti daşıyır. Paşinyanın rəsmi Bakıya ünvanladığı “gəlin silahlara birgə nəzarət haqqında saziş imzalayaq”, “gəlin hücum etməmək barədə pakt imzalayaq” kimi “təkifləri” də bundan xəbər verir.

Ancaq Paşinyan onu da anlayır ki, sülh sazişinin imzalanması uzandıqca bölgədə nisbi sabitlik pozula bilər. Paşinyan isə Ermənistan ordusunun intiki vəziyyətindən narahat olduğunu gizlətmir. Paşinyana ordunu yenidən qurmaq və silahlandırmaq üçün illər lazımdır.

Ermənistanın Baş naziri düşünür ki, hədəfinə çatana kimi Azərbaycanı yeni həmlələrdən çəkindirmək lazımdır. Bəli, mina xəritələrinin Azərbaycana təhvil verilməsi isə bölgədə nisbi sakitliyin ömrünü uzatmalıdır. Ancaq Paşinyan onu da bilir ki, İrəvanın Bakıya təhvil verəcəyi mina xəritələri əvvəlki “xəritələrdən” fərqlənməsə, bunun nisbi sabitliyə heç bir faydası olmayacaq”.

Nərminə UMUDLU Poliqon.info