Keçmiş müşaviri Trampın prezidentliyə layiq olmadığını bildirib

Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton xatirələrinin yeni buraxılışında keçmiş prezidenti tənqid edib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, sabiq müşavirin sözlərinə görə, Tramp Ağ Evə qayıdarsa, siyasi rəqiblərindən qisas alacaq, Rusiya və Çini sakitləşdirəcək.

"2018 və 2019-cu illərdə Trampın Ağ Evində çalışmış Bolton Respublikaçıların prezidentliyə namizədini siyasi fəlsəfə və ya tutarlı siyasi dünyagörüşünə malik olmamaqda ittiham edib", deyə nəşr yazıb.

Con Boltonun sözlərinə görə, Tramp yenidən seçilərsə, ABŞ-ı NATO-dan çıxara, Ukraynaya dəstəyi məhdudlaşdıra, həmçinin Çinin Tayvanı blokadaya almasına şərait yarada bilər.

"Tramp prezident olmağa layiq deyil... Əgər onun ilk dörd ili pis keçibsə, ikinci dörd ili daha da pis olacaq", deyə Con Bolton kitabında yazıb.

Poliqon.info