ABŞ-da “sərhəd sazişinin” bağlanması niyə imkansıza çevrilib...

ABŞ-ın Demokrat Partiyasının nümayəndəsi Den Qoldman bildirib ki, respublikaçı senatorlar cənub sərhədində ikitərəfli razılaşmadan imtina edirlər...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Qoldman qeyd edib ki, Donald Tramp öz partiyadaşlarına seçki ilində Co Baydenə siyasi qələbə qazandırmamağı əmr edib.

Demokrat siyasətçinin fikrincə Donald Tramp prezidentlik yarışına “sərhəddə xaos”la girməkdən faydalanır.

“Bu layihənin relsdən çıxmasının yeganə səbəbi Donald Trampın respublikaçıların problemi həll etməsinə qarşı olmasısıdr. Tramp problemlərin davam etməsini istəyir ki, öz kampaniyasında onlardan istifadə edə bilsin”, deyəQoldman bildirib.

Bundan əvvəl ABŞ Konqresində Demokrat və Respublikaçı partiyalarının nümayəndələrinin Ukraynanın maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı razılığa gəlməyə az qaldıqları, lakin müqavilənin bağlanması prosesinə keçmiş prezident Donald Trampın müdaxilə etdiyi bildirilirdi.

Poliqon.info