Yer kürəsini radiasiya fırtınası bürüdü - Yenilənib, Foto, Video

Günəş parlamasından sonra Yer kürəsində radiasiya qasırğası başlayıb...

Bu, planetimizdə radio rabitəsinə, subpolyar enliklərdə isə naviqasiyaya mənfi təsir edə bilər.

Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, radiasiya qasırğası Yerin maqnitosferinə təsir edəcək. Belə şəraitdə doqquz ballıq şkala üzrə səkkiz bal gücünə qədər güclü geomaqnit qasırğası mümkündür.

Xatırladaq ki, yanvarın 29-da güclü günəş partlayışı baş verib. Onun müddəti 61 dəqiqə olub.

***

Günəşdə yanvarın 29-da baş verən partlayış beş-altı gün əvvəl baş versəydi, planetimiz ən azı 1859-cu ildəki “Super Günəş fırtınası”nın analoqunu, ən çoxu isə heyvanlar aləminin bir hissəsinin yeni kütləvi məhvi və bəşər sivilizasiyaları tarixində ən güclü geomaqnit qasırğası ilə üzləşərdi.

Lakin partlayış və tac kütləsinin irimiqyaslı atılması bir həftədən artıqdır ki, Yerlə üzbəüz olan Günəş ləkəsinin sağa doğru (şəkildə) irəliləməsindən sonra baş verib.

Buna görə də NASA-nın hesablamalarına görə, şüalanmanın əsas trayektoriyası Yerin yaxınlığından keçir.

Bununla belə, bu, planetimizdə hiss olunacaq. Məlumatlara görə, Yer kürəsində artıq radiasiya qasırğası başlayıb. Radiasiya gücü beşballıq şkala ilə S2 dəyərinə yüksəlib. Bu, bütün planetdə radio rabitəsində, qütbətrafı enliklərdə isə naviqasiyada əhəmiyyətli problemlərə səbəb olub.

Geomaqnit qasırğasının Yerə gəlişi bu gün Bakı vaxtı ilə saat 22:00-da baş verəcək və yanvarın 31-i saat 16:00-a qədər davam edəcək. Bildirilir ki, gücü 9 ballıq şkala üzrə 7-8-ə qədər olan geomaqnit qasırğası gözlənilir.

##galery##

Poliqon.info