Çexiya prezidenti: Avropa Trampın qələbəsinə hazır olmalıdır

Çexiya prezidenti Petr Pavel ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövlət başçısı seçiləcəyi təqdirdə rusiyalı həmkarı Vladimir Putinlə razılığa gələ biləcəyini bildirib...

Poliqon xəbər verir ki, Çexiya liderinin sözlərinə görə, Avropa ABŞ-da keçiriləcək prezident seçkilərində Trampın qələbəsinə hazır olmalıdır.

Petr Pavel Çexiya radiosuna müsahibəsində Rusiya hakimiyyəti ilə Donald Tramp arasında mümkün razılaşmanın Ukrayna üçün əlverişsiz olacağını bildirib.

"Belə olan halda, biz öhdəsindən gəlməli olacağımız bir faktla qarşılaşacağıq. Söhbət transatlantik əlaqələri məhv etməkdən yox, ABŞ-a müttəfiq kimi meydan oxumaqdan gedir. Lakin biz həqiqətən etiraf etməliyik ki, Donald Tramp bir sıra şeylərə başqa cür baxır", deyə prezident bildirib.

İyulda Donald Tramp hakimiyyətdə olsaydı, 24 saat ərzində Ukraynadakı münaqişəni dayandıracağını bildirmişdi. Bunun üçün o, Ukrayna prezidenti Volodimir Zelenskidən danışıqlara başlamağı xahiş edəcək, eyni zamanda Vladimir Putini dialoqdan imtina edəcəyi təqdirdə ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın həcmini artıracağı ilə hədələyib. Tramp Zelenskini "çox yaxşı" və Putini "daha yaxşı" tanıdığını iddia edib.

Zelenski deyib ki, Tramp sülhü təmin edərsə, o, "xoşbəxt prezident" olacaq. Çünki Ukrayna döyüşlər zamanı çoxlu itkilər verir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə isə Ukraynadakı münaqişə o qədər mürəkkəbdir ki, bir gündə həll oluna bilməz.

Poliqon.info