Bayden bu gün Yaxın Şərqdə yeni hərbi əməliyyata icazə verə bilər

ABŞ prezidenti Co Bayden bu gün axşam saatlarında Yaxın Şərqdə hərbi əməliyyata icazə verə bilər...

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yaxın saatlarda hərbi məsləhətçilər Baydenə hərəkət üçün bir neçə variant təklif edəcəklər - simvolikdən sərt cəzaya qədər. Pentaqonun seçim siyahısına İrandan kənarda yerləşən İran hərbi obyektlərinə zərbələr endirmək də daxildir.

"Sky News" hesab edir ki, Bayden qərar verməzdən əvvəl yalnız xarici geosiyasi amilləri deyil, həm də daxili siyasətin mülahizələrini rəhbər tutacaq. Respublikaçılar ABŞ-dan İranın özünə hərbi hücumlar tələb edirlər. Bir tərəfdən, Bayden seçki ilində qətiyyətsiz görünə bilməz. Lakin digər tərəfdən, daha bir bahalı müharibə onun yenidən seçilmək şansına zərbə vura bilər. Buna görə də Bayden bölgədə lüzumsuz hərbi eskalasiyaya gətirib çıxarmayacaq qərar qəbul etməyə çalışacaq.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqtonun Yaxın Şərqdə Amerika maraqlarına və qoşunlarına hücumlara reaksiyası bir neçə mərhələdən ibarət ola, çoxsəviyyəli və uzunmüddətli ola bilər.​Poliqon.info