Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Yaponiyanın baş naziri Fumio Kişida parlamentin aşağı palatasının plenar iclasında bildirib ki, Tokio Moskva ilə sülh müqaviləsi bağlamaq istəyir, lakin Rusiya əleyhinə sanksiyalar siyasətinə sadiq qalmağa davam edəcək...

Poliqon bu barədə TASS-a istinadən xəbər verir.

"Yaponiya-Rusiya münasibətlərində vəziyyət çətindir, lakin Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş kursa qətiyyətlə sadiq qalır", deyə Kişida deyib.

Eyni zamanda baş nazir vurğulayıb ki, Tokio Rusiyaya qarşı sanksiyaları fəal şəkildə təşviq edəcək və Ukraynanı dəstəkləyəcək.

Bundan əvvəl RBC Yaponiya səfirliyinə istinadla yazmışdı ki, Tokio ərazi mübahisəsini həll etməklə Rusiya ilə sülh müqaviləsi imzalamağa doğru gedir.

Yaponiya diplomatik missiyası ərazi məsələləri üzrə həll olunmamış mübahisənin olması səbəbindən Rusiya Federasiyası ilə sülh sazişilə bağlı danışıqlar apardıqlarını bəyan edib.

Poliqon.info