Qızılca və Hepatit A virusu ilə bağlı müraciət sayında artım qeydə alınmır - RƏSMİ

Hazırda Azərbaycanda qızılca və Hepatit A virusu üzrə epidemioloji vəziyyət stabildir...

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, müraciət sayında artım qeydə alınmır:

“Hazırda ölkə ərazisində qızılca və Hepatit A xəstəliyinə qarşı əks-epidemik tədbirlərin aparılması davam etdirilir. Qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib, böyük əhali arasında da peyvəndləmə işləri davam etdirilir”.

Poliqon.info