Tramp müflis ola bilər - Sabiq prezident məhkəmə şəkişmələrində nə qədər pul itirəcək?..

Jurnalistlər məhkəmə çəkişmələri səbəbindən Trampın nə qədər itirəcəyini hesablayıblar...

ABŞ-da Donald Trampa qarşı ümumilikdə 91 ittiham irəli sürülüb. Xüsusilə, o, prezident seçkilərinə müdaxilədə, “milli müdafiə ilə bağlı məlumatları qəsdən gizlətməkdə” və “ədalətə mane olmaq üçün sui-qəsddə” ittiham olunur.

Poliqon Amerika mətbuatına əsasən xəbər verir ki, bütün hallarda onu 700 ildən çox həbs gözləyir.

Artıq bir sıra cinayət işi üzrə qərar çıxarılıb və ya icraatın son mərhələsindədir. Keçən həftə münsiflər heyəti Trampı 2019-cu ildə yazıçı Jin Kerrolla diffamasiyaya görə 83,3 milyon dollar ödəməyə məhkum edib. Siyasətçi cinsi təcavüz ittihamlarını rədd edib.

Bu həftə həmçinin Trampın kreditlər üzrə daha yaxşı şərtlər əldə etmək üçün sərvəti barədə banklara yalan məlumat verərək əldə etdiyi 370 milyon dolların “qeyri-qanuni qazanc” olaraq geri ödəməsinin istəndiyi bir fırıldaq işi ilə bağlı hökm çıxarılması gözlənilir.

Qeyd olunur ki, bir həftədən az müddətdə 450 milyon dollardan çox təzminat ödəmək perspektivi Tramp üçün potensial pul çevrilə bilər.

Eyni zamanda, siyasətçinin vəkili Alina Xabba artıq bəyan edib ki, maliyyə sanksiyaları Respublikaçılar Partiyasından qarşıdan gələn prezident seçkilərində aşkar favoritinə qarşı siyasi təzyiqdir və sifariş xarakterlidir.

Poliqon.info