Haitidə müxalifət lideri hökuməti devirməyə çağırıb

Radikal Haiti müxalifəti əhalini dövlət qurumlarını blokadaya almağa çağırıb...

Haitinin radikal müxalifət platforması olan "Piti Desalins"in lideri və keçmiş senator Jan-Şarl Moiz ölkə əhalisini Ariel Henrinin hazırkı hökumətini devirmək üçün nümayiş keçirməyə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə “Haiti Libre” nəşri məlumat yayıb.

Moiz əhalini bütün dövlət qurumlarını blokadaya almağa çağırıb və dinc nümayişlərin keçirilməsini istisna edib.

Xəbərdə qeyd edilir ki, radikal müxalifət yanvarın 29-da bütün ölkə üzrə başlamasını tələb etdiyi bu nümayişlər vasitəsilə Haitini iflic etməyi planlaşdırır.

Poliqon.info