Nazirlik rəsmisi: "Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur"

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov Hepatit B və C-dən fərqli olaraq Hepatit A virusunun xroniki qaraciyər xəstəliyinə səbəb olmadığını deyib...

“Report”un məlumatına görə, o xatırladıb ki, Hepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyidir.

Həkimin sözlərinə görə, bu, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsarət yaratmayan xəstəlikdir: "Hepatit B və C-dən fərqli olaraq Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur. Uzun illərdi ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin var".

Poliqon.info