Braziliyada təyyarə qəzaya uğrayıb

Braziliyada tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb...

Braziliyanın cənub-şərqində tək mühərrikli təyyarə qəzaya uğrayıb.

Poliqon France Press Agentliyinə istinadən bildirir ki, bu barədə yerli xilasetmə xidmətlərinin məlumatında bildirilib. Qəza nəticəsində 7 nəfər ölüb.

Hadisə yanvarın 28-də Minas-Jerais ştatında baş verib. Təyyarə Kampinasdan San-Pauluya uçurmuş. Xilasedicilərin sözlərinə görə, təyyarə səmada parçalanmağa başlayıb və İtapeva mədən şəhərində qəzaya uğrayıb.

“Yanğınsöndürənlər təyyarənin göyərtəsində yeddi ölü tapıblar”, deyə AFR xilasetmə xidmətinin bəyanatından sitat gətirir. Qəzanın səbəbi hələlik məlum deyil.

Poliqon.info