Putin Ankaraya səfərə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin fevralında Türkiyəyə səfər edə bilər...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyinə Ankaradakı diplomatik mənbə bildirib.

Səfər çərçivəsində Rusiya prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.

Yanvarın 23-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Ərdoğan arasında ən yüksək səviyyədə görüşlə bağlı təmaslar davam edir, lakin rəsmi məlumatı gözləmək lazımdır.

Türkiyənin eyniadlı qəzeti yanvarın 20-də yazıb ki, Ankara fevralın 12-də Rusiya liderinin səfərini gözləyir. Bundan sonra Kreml Putinin səfəri barədə dəqiqləşdikdən sonra məlumat veriləcəyini açıqlayıb.

2023-cü ilin dekabrında Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 2024-cü ilin əvvəlində görüşməyi planlaşdırdığını, buna qədər isə Türkiyə prezidentinin cədvəlinə görə liderlərin görüş təşkil edə bilməyəcəyini bildirib.

Poliqon.info