ABŞ İrana qarşı gizli əməliyyat keçirə bilər

Vaşinqton İordaniyadakı ABŞ bazasına hücuma cavab variantlarını nəzərdən keçirir və İrana qarşı gizli əməliyyat keçirməyi istisna etmir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, Amerika bazasına hücum ABŞ hakimiyyətinin "həlledici reaksiyasına" səbəb ola bilər. Ehtimal edilən əməliyyat miqyasına görə Qəzza zolağında münaqişə başlayandan sonra Vaşinqtonun etdiklərini üstələyə bilər.

Nəşrin ekspertləri hesab edirlər ki, Vaşinqton mümkün hərbi kampaniyada iştirakını elan etməyəcək. Onlar bunun Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya çevrilə biləcəyini irəli sürüblər.

Senator Lindsi Qrem də Yaxın Şərqdəki Amerika bazasına hücumdan sonra İranın vurmalı olduğunu bildirib:

"Mən administrasiyanı təkcə əsgərlərimizə hücuma cavab olaraq deyil, həm də gələcək təcavüzün qarşısını almaq üçün İran daxilində kritik hədəfləri vurmağa çağırıram".

Yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. ABŞ prezidenti Co Bayden hücumun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirib.

Poliqon.info