Ötən gün dəm qazından 6 nəfər ölüb

Azərbaycanda son günlər dəm qazından ölüm hallarında artım müşahidə olunur...

Poliqon Trend-ə istinadən xəbər verir ki, yanvarın 26-da ölkə ərazisində 6 nəfər dəm qazından boğularaq ölüb.

Belə ki, Şirvan şəhərində 2 nəfər - 1966-cı il təvəllüdlü Çingiz Əsədov, 1954-cü il təvəllüdlü Şölə Abıyeva, Astara rayonunda isə ana və qızı 1966-cı il təvəllüdlü Nazənin Şükürova və anası 1944-cü il təvəllüdlü Tahirə Əliyeva dəm qazından boğularaq ölüblər.

Xatırladaq ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölüblər. Hüquq fakültəsinin IV kurs tələbəsi Sərxan Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq universitetə qəbul olub, həmçinin, Prezident təqaüdçüsü idi.

Poliqon.info