Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq 

Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında külək güclənəcək...

Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah şimal-qərb küləyinin 15-18 m/s olacağı, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi, hava şəraitinin yanvarın 27-si axşam, 28-i gecə və səhər arabir yağıntılı olacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində qısa müddətə yağıntının intensivləşəcəyi ehtimalı var.

Poliqon.info