Azərbaycanda universitet MMC-yə çevrildi

Xəzər Universiteti təşkilati-hüquqi formasını dəyişdirib...

Universitetdən “Trend”ə verilən məlumata görə, təhsil müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.

Xatırladaq ki, Xəzər Universiteti 1991-ci il martın 18-də yaradılıb. Universitet Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə səkkiz kampus və 13 binada fəaliyyət göstərir.

Poliqon.info