İmişlidə ekoloji talan davam edir - 3 saylı RETSİ-niyə susur?

Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılmasını həyata keçirən Malik Həsənov qanunları tapdaq altına atıb...

Ötən həftə İmişli rayonu Göbəktala bələdiyyəsinin ərazisində yerləşən Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılması ilə bağlı oxucularımıza məlumat vermişdik.Həmin məlumatda bildirmişdik ki, Şahverdili kəndində qanunsuz qum-çınqıl satışına Göbəktala bələdiyyəsinin sədri Malik Həsənov həyata keçirir.Saytımıza daxil olan yeni məlumatda qeyd edilir ki, hazırda Şahverdili kəndi ərazisindən qanunsuz olaraq qum-çınqıl daşınması davam etməkdədir.Ərazidə qırmızı kitaba düşən yulğun ağaclarının kütləvi məhv edilməsi davam edir. Qanunsuz qum-çınqıl çıxarılmasına və yulğun ağaclarının məhv edilməsinə cavabdeh qurum olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarləsinin səlahiyyətli nümayəndələri nədəndə əraziyə baxış keçirib lazımı tədbir görmürlər.Bildirilir ki, Şahverdili kəndində baş verənlərdən 3 saylı RETSİ rəisi Elnur Cəlilovun və idarənin digər işçiləri məlumatlıdırlar.Bu isə o anlama gəlir ki, Elnur Cəlilov hansısa maraqlar naminə Şahverdili kəndində yerlatı sərvətləri talayaraq qanunsuz qum-çınıql yığılmasına və yüzlərlə yulğun ağacının kəsilməsinə göz yumur.(azfakt.com)

Poliqon.info