General Şirreff: Britaniya Rusiya ilə müharibəyə hazır olmalıdır...

NATO generalı Britaniyanı Rusiya ilə münaqişənin ən pis ssenarisinə hazırlaşmağa çağırıb...

Böyük Britaniya Rusiya ilə toqquşma təhlükəsinin artması fonunda hərbi xidmətə çağırışı istisna etməməlidir...

Poliqon Daily Mail nəşrinə istinadən bildirir ki, ölkənin genişmiqyaslı münaqişənin ən pis ssenarisinə hazırlaşması zərurətini NATO-nun Avropadakı qüvvələrinin komandanının keçmiş müavini, britaniyalı general Riçard Şirreff bəyan edib.

“Məcburi hərbi xidmətə çağırış peşəkar əsgərlər üçün mütləq lənətdir, lakin Böyük Britaniya Rusiya ilə tammiqyaslı münaqişənin ən pis ssenarisinə hazır olmalıdır”, deyə general Şirreff fikrini əsaslandırıb.

Güenralın sözlərinə görə, hazırda 73 min əsgərə çatacaq qədər ordunun sayının azaldılması, Britaniyanın Rusiyaya qarşı durmaq üçün hazır olduğunu göstərmir.

Poliqon.info