BMT TŞ-nin Belqorod yaxınlığında vurulmuş İL-76 ilə bağlı iclası keçirilib

BMT-də Belqorod yaxınlığında İl-76 təyyarəsinin vurulması ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib...

BMT Təhlükəsizlik Şurasının Belqorod yaxınlığında vurulan və göyərtəsində ukraynalı hərbi əsirlərin olduğu İl-76 hərbi təyyarəsi ilə bağlı iclas keçirib.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, iclasda Moskvanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski çıxış edib.

Rusiya nümayəndəsi faciəyə Qərb hərbi texnikasının cəlb oluna biləcəyinə işarə edib. O zaman, Polyanskinin fikrincə, Qərb üçün vəziyyət daha da mürəkkəbləşəcək.

“Təyyarəni vuran raket Amerika “Patriot”ları, ya da Almaniya istehsalı olan IRIS-T ola bilər. Əgər bu təsdiqlənərsə, onları təchiz edən Qərb ölkələri bu cinayətdə bilavasitə ortaq olacaqlar”, deyə Rusiya nümayəndəsi bildirib.

Rusiya tərəfi həmçinin İl-76-nın qəzaya uğramasında günahkar olanların layiqli cəzasını alması üçün əlindən gələni edəcəyinə söz verib.

Polqon.info