Salyan sakini dəm qazından boğulub

Salyan sakini dəm qazından boğulub...

APA xəbər verir ki, Salyan rayonunun Qaraçala kənd sakini 1966-cı il təvəllüdlü Çingiz Alxan oğlu Əsədov dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info